Another advertisement
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Akkuyu Atom Elektrik Stansiyası ilə bağlı etdiyi paylaşımda bu ifadələrə yer verib: ”Türkiye inkişaf etmiş ölkələrin uzun illərdir istifadə etdiyi “yaşıl enerji” texnologiyalarının tətbiqi ilə bağlı 60 illik arzusunu həyata keçirəib”.
Gənclərə müraciət edən Türkiyə Prezidenti bildirib ki, “Ağquyu” AES tam gücü ilə işə düşdükdən sonra ildə 35 milyard kilovat/saat elektrik enerjisi istehsal edəcək və ölkənin elektrik enerjisi istehlakının 10 %-ni təmin edəcək.
”Ümid edirəm ki, atom elektrik stansiyasının ən böyük faydasını siz görəcəksiniz. Siz bizim ümidimizsiniz. Sizi sevirik, sizə güvənirik, sizi parlaq gələcəyimizin memarı kimi görürük.”,-deyə Türkiyə Prezidenti paylaşımında qeyd edib.