This is a specific ad

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli görüş keçirilib – FOTO/VİDEO

56

Another advertisement

Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən, Milli Müdafiə Universitetində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq aparılan qarşılıqlı müzakirə və təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ölkələrimiz arasındakı sıx əməkdaşlığın regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini qeyd edən general-leytenant H.Piriyev bu cür görüşlərin hərbi təhsil müəssisələrinin professor, zabit və müəllim heyətləri arasındakı dostluğun daha da möhkəmləndirilməsinə mühüm təkan verəcəyinə əminliyini bildirib.
Görüşün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıqlarını ifadə edən Türkiyə Respublikası Quru Qoşunları Məktəbinin rəisi general-mayor Gültekin Yaralı və Gürcüstan Milli Müdafiə Akademiyasının rektoru briqada generalı Mamia Balaxadze bu cür görüşlərin keçirilməsinin hərbi təhsil müəssisələri arasında təcrübə mübadiləsinin, birgə proqramların, layihələrin reallaşdırılmasına layiqli töhfələr verəcəyini vurğulayıblar.
Qonaqlar universitetin “Xatirə kitabı”na ürək sözlərini yazıb.
Sonra türkiyəli və gürcüstanlı nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.
Ümummilli Lider Heydər Əliyevin abidəsi və institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının xatirəsinə ucaldılan Xatirə kompleksi ziyarət olunub, gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib.
Qonaqlar hərbi institutun ərazisindəki muzeydə Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.
Sonra Hərbi institutda görüş keçirilib. Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov qonaqlarla hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib. Xüsusi təyinatlı təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub.
Daha sonra nümayəndə heyətləri təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası, həmçinin burada kursantlar üçün yaradılan şəraitlə tanış olub və keçirilən tədris prosesini izləyiblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib”, – deyə mlumatda bildirilib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Rəsmi İrəvan: Azərbaycanla sərhəddə Aİ müşahidəçilərinin sayının artırılmalıdır
Öncəki yazı
Rəcəb Tayyib Ərdoğan gənclərə müraciət edib