This is a specific ad

UNICEF: Gürcüstanda hər üç gəncdən biri depressiyadan əziyyət çəkir

99

Depressed girl in her bed
Another advertisement

Gürcüstanda hər dörd gəncdən biri orta və ya şiddətli  təşviş əlamətləri yaşayır, hər üç nəfərdən biri depressiya əlamətlərindən əziyyət çəkir və gənclərin üçdə biri həyatında ən azı bir dəfə intihar etmək barədə fikirləşib, -bu barədə  BMT-nin  Uşaq  Fondunun (UNICEF) həyata keçirdiyi araşdırmasında qeyd edilir.

Araşdırma nəticəsində gənclərin psixi sağlamlıq baxımından ən həssas qruplardan biri olduğu qənaətinə gəlinib.

UNİCEF-in dəstəyi ilə Gürcüstanın yeddi dövlət universitetində yaradılmış uşaq hüquqları mərkəzləri 18-24 yaşlı 3000 gənc arasında araşdırma aparıb. Sorğu zamanı, tələbələrin 72%-i son iki həftə ərzində psixi sağlamlıq problemlərinin gündəlik fəaliyyətlərinə və münasibətlərinə mane olduğunu bildirib.

Respondentlərin 97%-i “psixi sağlamlıq” ifadəsini eşitmişlər, lakin onların üçdə biri bu barədə çox az məlumata malik olduqlarını və psixi sağlamlıqla bağlı vəziyyətləri ilə barədə heç kimlə danışmadıqlarını bildirirlər.

Sorğuda iştirak edən tələbələrin 44%-i bildirir ki, psixi sağlamlıq üzrə mütəxəssisin köməyinə ehtiyacları  olduğunu bilsələr belə, problemi özləri həll etməyə çalışardılar.

Tələbələrin əksəriyyəti qeyd edir kİ, lazım gələrsə psixi  problemi aradan qaldırmaq üçün internetdən, müxtəlif saytlardan və sosial mediadan məlumatları tapmağı çalışarlar kı, bu UNİCEF-ə görə etibarlı məlumat mənbələri sayılmırlar.

UNİCEF-in qiymətləndirməsinə görə, psixi sağlamlıq ilə bağlı  məlumat çatışmazlığı, o cümlədən mütəxəssislərə baş çəkməyin və dərman preparatlarının yüksək qiymətləri, mütəxəssislərin bilik və ixtisaslarına inamsızlıq, xidmətlər alınarkən məxfiliyin qorunub saxlanılmayacağından qorxu və digər buna oxşar hallar psixi sağlamlıq ilə bağlı xidmətlərin əldə edilməsinə maneələr yaradır.

BMT-nin Uşaq Fondu onu da qeyd edir ki, bu sahə üzrə psixi sağlamlıq mütəxəssislərinin qiymətləndirməsinə görə, gənclərin dəstək, profilaktik və ya reabilitasiya xidmətlərinə, psixi sağlamlıq problemlərinin erkən aşkarlanması və reabilitasiya proqramlarına çıxışı yoxdur. Həmçinin,araşdırmada intiharın qarşısının alınması proqramlarının yaradılmasının, psixoloq və psixiatr xidmətlərinin əlçatanlığının artırılmasının, həmçinin sosial işçi xidmətlərinin və mobil qrupların daha çox inkişafının  önəmliliyi qeyd olunub.

Araşdırmalara görə, psixotrop maddələrə aludəçilik və onların yaratdığı psixi problemlər – paranoyya, hallüsinasiyalar, yuxu pozğunluqları gənclər arasında mühüm problem kimi qiymətləndirilir.

Tədqiqata əsaslanaraq, BMT-nin Uşaq Fondu gənclər üçün pulsuz və davamlı müvafiq dövlət xidmətlərinin inkişaf etdirilməsini vacib hesab edir.

Sonrakı yazı
Tələbələrimizin təhsil haqqının gecikməsi gözlənilmir
Öncəki yazı
Həftə sonları bankdan banka pul köçürmək mümkün olacaq