Hökumət un və arpa üçün idxal rüsumunu artırır, kəpəyə isə 100 lari məbləğində yeni rüsum təyin edir.
QafqazTürk.com xəbər verir ki, qərar bu gün hökumətin iclası başa çatdıqdan sonra elan edilib.
“Dünya bazarında gedən prosesləri nəzərə alsaq, buğdanın qiymətinin formalaşması və logistika baxımından çox qeyri-standart vəziyyət yaranıb. Biz unun idxal rüsumunu 250 lariyə qaldırmaq qərarına gəldik. Bundan əlavə, təəssüf ki, bu il təbii fəlakətlər və iqlim şəraiti nəzərə alınmaqla yemlik buğda nisbətən çoxdur. Buna uyğun olaraq, bununla əlaqədar müəyyən mexanizmlərin işlənib hazırlanması zəruridir və bugünkü qərara əsasən, buğdanın emalı nəticəsində əldə edilən məhsul olan arpa ilə yanaşı, kəpəyə də 100 lari əlavə idxal rüsumu tətbiq olunacaq. Fikrimizcə, bu, yerli buğda istehsalçılarına buğdanı öz fəaliyyətlərini davam etdirməyə və artan tendensiya ilə xarakterizə olunan ölkə iqtisadiyyatına töhfə verməyə imkan verəcək qiymətə satmaqda böyük köməklik göstərəcək”, – deyə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müavini Tengiz Nasaridze bildirib.
Onun sözlərinə görə, tənzimləmə martın 1-dək qüvvədə olacaq.
Xatırladaq ki, iyunun 12-də Gürcüstanda 5 ay qüvvədə olmalı olan un idxalına müvəqqəti idxal rüsumu tətbiq edilmişdi. Sözügedən qərara əsasə isə bir ton unun idxal vergisi 200 lari, arpa üçün isə 50 lari müəyyən edilib.