Ankaradakı terror aktını törədənlərdən birinin kim olduğu müəyyənləşib

1

Ötən gün Türkiyə DİN-in Baş Təhlükəsizlik İdarəsi qarşısında terror aktı törədən PKK-çılarla əlaqədar yeni məlumat ortalığa çıxıb.

QafqazTürk.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirlik araşdırma və DNT analizi nəticəsində terrorçulardan birinin PKK/KCK terror təşkilatının üzvü, “Kanivar Erdal” kod adlı Hasan Oğuz olduğunu müəyyən edib.

Məlumatda qeyd olunub ki, digər terrorçunun şəxsiyyətinin müəyyən edilməsi üçün fəaliyyətlər davam etdirilir.

Qeyd edək ki, hadisə zamanı terrorçulardan biri özünü partlatmış, digəri isə zərərsizləşdirilmişdi.
Terror aktı nəticəsində 2 polis nəfəri yaralanıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Qızdırmanı tez salan ən yaxşı 6 vasitə
Öncəki yazı
Un və arpanın idxal rüsumları artırılır