Ümumdünya Fəqihlər Təşkilatı Gürcüstan Müsəlmanları İdarəsinin yeni şeyxini təbrik edib – FOTO

0

Ümumdünya Fəqihlər Təşkilatı Gürcüstan Müsəlmanları İdarəsinin yeni şeyxini təbrik edib

QafqazTürk.com xəbər verir ki, 500 nəfər üzvü olan “Ümumdünya Fəqihlər Təşkilatı” Gürcüstan Müsəlmanları İdarəsinin yeni şeyxi Hacı Faiq Nəbiyevə təbrik məktubu göndərib.

Təşkilatın baş katibinin imzası və möhürü ilə göndərilən məktubda deyilir:

“Bağışlayan və Mehriban Allahın adı ilə.

Allahın Salam və Bərəkəti üzərinizə olsun.

Öz adımdan, “Ümumdünya Fəqihlər Təşkilatı” və üzvləri, həmçinin təşkilata bağlı qurumları adından Gürcüstan Müsəlmanları İdarəsinə Şeyx seçilməniz münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Müsəlmanların qəlbində və şüurunda bəslədiyiniz yüksək etimadı və böyük hörməti əks etdirən doğru mövqedə olan doğru insan olduğunuza qəti inanırıq.

Mütəal Allaha dua edirik ki, yeni vəzifələrinizdə sizə uğurlar bəxş etsin və bu mənalı əmanəti daşımağınıza kömək etsin. Səyləriniz yalnız Onun bərəkət və xeyirlərlə dolu zatına yönəltsin. Bütün dini və mədəni fəaliyyətlərdə addımlarınızı İslam və müsəlmanların mənafeyinə görə etmənizi lütf etsin.

Mütəal Allahdan səni bütün İslam Ümməti üçün bir xəzinə etməsini, bizi və səni daima xeyirlərdə birləşdirməsini, saleh əməl və təqvada şərik etməsini diləyirik.

Biz müxtəlif dinlər arasında dialoq və anlaşma mədəniyyətini yaymağa, yaxınlaşma və tolerantlığa, bütün dünyanı əhatə edən və bütün bəşəriyyəti birləşdirən hərtərəfli sülhə can atırıq.

Ən dərin hörmət və minnətdarlığımızı qəbul edin.

Qardaşınız, Seyid Əbul Qasim Əl Dibaci

Ümumdünya Fəqihlər Təşkilatı Baş Katibi

3 dekabr, 2023-cü il”

0
0
Kateqoriya: Din
Sonrakı yazı
İlahiyyatçı Mirhəmid Məmmədov Gürcüstanın yeni Şeyxini təbrik etdi
Öncəki yazı
EHLADER Gürcüstanın yeni şeyxini təbrik etdi