Ukraynada Gürcüstan vətəndaşı qızını və həyat yoldaşını qətlə yetirib

74

Ukraynanın Xarkov şəhərində yaşayan, əslən Marneuli rayonunun Böyük (Qaş) Muğanlı kənd sakini H.A. həyat yoldaşını və qızını qətlə yetirib, oğlunu isə yaralayıb.

QafqazTürk.com xəbər verir ki, hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilib.

Xəbər portalımıza verilən məlumata görə, H.A. qumar və pis vərdişlərə malik şəxs olub. O, evə gələrək həyat yoldaşından bir miqdar pul verməsini tələb edib. Qadın buna rədd cavabı verdikdə isə H.A. qızını öldürmək istəyib lakin qadın övladının qarşısına keçərək güllə ona tuş gəlib. Sonra isə qəzəbli cinayətkar qızını da öldürüb. Oğlunu isə yaralayıb.

Hazırda cinayətkar şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.

19
46
Kateqoriya: Kriminal
Sonrakı yazı
Bu ölkədə Gürcüstanın sürücülük vəsiqəsi ilə avtomobil idarə etmək mümkün olacaq
Öncəki yazı
Gürcüstan əhalisinin sayında azalma müşahidə edilib – STATİSTİKA