This is a specific ad

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında dava – VİDEO

45

Another advertisement

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) Ukrayna və Rusiya nümayəndə heyətlərinin üzvləri arasında Ankarada keçirilən iclasında dava düşüb.

QafqazTürk.com xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop məsələyə müdaxilə edərək, iclas iştirakçılarını sakit olmağa çağırıb.

Timofeyevanın çıxışı zamanı Ukrayna nümayəndə heyəti onun arxasında ultra millətçi “Sağ sektor” təşkilatının bayrağını açıb və Rusiya əleyhinə şüarlar səsləndirməyə başlayıb.

Rusiya nümayəndə heyətinin üzvləri Ukrayna tərəfinin hərəkətlərinin qarşısını almağa çalışıb və nəticədə mübahisə olub.

Timofeyeva çıxış edəndə Ukrayna nümayəndə heyətinin rəhbəri Anna Purtova zalı tərk edib. Ukraynalı nümayəndə heyəti Timofeyevanın çıxışının sonuna qədər müdaxiləni davam etdirib.

Ətraflı videoda:

https://1plus1.video/video/embed/ptZ3fDEu

Kateqoriya: Dünya
Sonrakı yazı
İstanbulda taxıl sazişi üzrə görüş keçiriləcək
Öncəki yazı
Türkiyəli nazir: “Sülh sazişi uzandıqca hərbi əməliyyatların yenidən başlaması təhlükəsi artır”