• 20 Fevral 2025 00:44

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Türkiyəli nazir: “Sülh sazişi uzandıqca hərbi əməliyyatların yenidən başlaması təhlükəsi artır”

ByNiyazi Yusubov

May 5, 2023
Another advertisement

“Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində vaxtaşırı baş verən atışmalar və gərginlik narahatlıq doğurur”.

QafqazTürk.com xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Türkiyəli nazir yeni eskalasiya təhlükəsindən və sülh razılaşmasına nail olmaq cəhdində uğur qazanmamasından danışıb.

“Vəziyyət qeyri-sabitdir və sülh sazişinin tezliklə imzalanmasına ümidimiz get-gedə sönür… Münaqişə indi dondurulsa da, saziş uzandıqca hərbi əməliyyatların yenidən başlaması təhlükəsi artır”, – Akar bildirib.

Nazir qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycanın Ermənistan ərazisindən Naxçıvana keçməsi üçün tələb olunan ekstraterritorial marşrutdur.

Akar bildirib ki, dəhliz heç bir başqa ölkə üçün təhlükə yaratmır. Onun fikrincə, bu, regional əməkdaşlığa, sabitliyə və inkişafa kömək edəcək.