This is a specific ad

Ukrayna müharibə şəraitində NATO-ya üzv ola bilərmi ?

29

Another advertisement

Estoniyanın baş naziri Kaya Kalasın sözlərinə görə, Ukrayna müharibə bitənə qədər NATO-ya üzv olmayacaq.

“NATO Ukraynanın təhlükəsizliyinin real qarantiyası ola bilər, lakin ölkə yalnız müharibə başa çatdıqdan sonra alyansa qoşula bilər”, – deyə Kaya Kalas bildirib.

Onun sözlərinə görə, Estoniya hökuməti müttəfiqləri inandırmağa çalışır ki, müharibə başa çatdıqdan sonra Ukraynaya üzvlüklə bağlı aydın perspektiv təqdim etsin.

Qeyd edək ki, Estoniyanın baş naziri bu həftə Kiyevə səfər edib və Vladimir Zelenski ilə görüşlər keçirib. Danışıqlardan sonra Kaya Kalas qeyd edib ki, prezident Zelenski ən çox silah-sursat tədarükündən və NATO və Avropa İttifaqına daxil olmaqdan narahatdır.

P.S NATO və ya Şimali Atlantika Müqavilə Təşkilatı 1949-cu ildə Şimali Atlantika müqaviləsinin (“Vaşinqton müqaviləsi”) imzalanması və ratifikasiya edilməsi əsasında yaradılmışdır. Hərbi təşkilat olan NATO-nun 14 maddədən ibarət nizamnaməsi var. Nizamnamədə NATO-ya üzv olan ölkələrin birgə razılaşdıqları maddələr qeyd olunub.

Məhz NATO-nun nizamnaməsinin 10 -cu maddəsinə əsasən;

“Tərəflər konsensus yolu ilə sazişdə nəzərdə tutulan vəzifələrin həyata keçirilməsinə dəstək vermək və Şimali Atlantika məkanının təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək imkanına malik istənilən Avropa dövlətini alyansa dəvət edə bilərlər.”

Ukraynanın müharibə şəraitində NATO təşkilatının təhlükəsizliyinin təmin edilməsinə töhfə vermə imkanına malik deyil. 2022 -ci ilin, 24 fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsi demək olar kı, ölkənin bütün sahələrinə kəskin mənfi təsirini göstərdi. Müharibə ölkədə böyük insan itkilərinə səbəb oldu, ölkə iqtisadiyyatı məhv oldu, böyük şəhərlər dağıldı. Bu şəraitdə Ukraynanın NATO-ya üzv olması görünür, hələ mümkünsüzdür. Bunu NATO nizamnaməsinin 10 maddəsi də təsdiq edir.

Sonrakı yazı
Gürcüstan əhalisinin neçə nəfəri qadındır?
Öncəki yazı
NATO Baş katibi: “Ukrayna çoxlu sursat alıb”