• 30 Noyabr 2023 00:52

NATO Baş katibi: “Ukrayna çoxlu sursat alıb”

Avatar photo

ByHacı Xəlilzadə

Apr 27, 2023

“NATO müttəfiqləri və tərəfdaşları vəd edilmiş döyüş maşınlarının 98%-dən çoxunu artıq Ukraynaya çatdırıblar”.

QafqazTürk.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Ümumiyyətlə, ABŞ-ın rəhbərlik etdiyi Təmas Qrupu vasitəsilə NATO müttəfiqləri və tərəfdaşları Ukraynaya görünməmiş dəstək veriblər. Artıq vəd edilən döyüş maşınlarının 98%-dən çoxu Ukraynaya çatdırılıb. Bu isə 1550-dən çox zirehli texnika, 230 tank və digər texnika, o cümlədən böyük miqdarda döyüş sursatı deməkdir”, – deyə Stoltenberq qeyd edib.

Onun sözlərinə görə, sözügedən yardım Ukraynanı işğal olunmuş ərazilərin qaytarılmasını davam etdirmək üçün dəstək verəcəkdir.

25750cookie-checkNATO Baş katibi: “Ukrayna çoxlu sursat alıb”