• 03 Dekabr 2023 12:24

Gürcüstan Azərbaycanlıları Konqresindən böyük diqqət

Avatar photo

ByHacı Xəlilzadə

Apr 27, 2023

Bu gün, 27 aprel tarixində Xüsusi Penitensiar Xidmətin Sosiallaşma-Reabilitasiya İdarəsinin sosial işçiləri Zoya Şexovtseva və Laşa Niniaşvili Gürcüstan Azərbaycanlıları Konqresini ziyarət ediblər.

QafqazTürk.com xəbər verir ki, əvvəlcədən razılaşmaya əsasən Gürcüstan həbsxanalarında cəza çəkən etnik azərbaycanlı məhbus xanımların oxuması üçün Gürcüstan Azərbaycanlıları Konqresi kitablar və lüğətlər hazırlayıb.

Zoya Şexovtseva və Laşa Niniaşvili həmin kitabları departamentə çatdırmaq üçün Gürcüstan Azərbaycanlıları Konqresinin hədiyyəsi olaraq qəbul etdilər.

Görüşdə iştirak edən xalqımızın sevimli şairi Səadət Buta da öz kitablarından birinə avtoqraf yazaraq məhbus xanımlarımıza göndərdi.

Görüşdə həmçinin QafqazTürk xəbər portalının əməkdaşları Hacı Xəlilzadə, Aidə Əsgərova, Səma Məmmədova, Gülgün Məmmədxanova, Zabit Mahmudov və Niyazi Yusubov iştirak etmişdir.

25700cookie-checkGürcüstan Azərbaycanlıları Konqresindən böyük diqqət