UEFA Prezidenti Baş nazir İrakli Kobaxidzeni Avro 2024 çempionatında iştirak etmək üçün Almaniyaya dəvət edir

5

UEFA Prezidenti Aleksander Çeferin Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Avro 2024 çempionatında iştirak etmək üçün Almaniyaya dəvət edib.

QafqazTürk.com xəbər verir ki, bunun haqqında  məlumatı Hökumət Administrasiyası yayır.

Məktubda bildirilib: “Sizi UEFA adından 2024-cü il Avropa çempionatında UEFA-nın VIP proqramı çərçivəsində iştirak etməyə dəvət etmək fürsətinə malik olmaqdan çox məmnunam”.

Qeyd edək ki, futbol üzrə Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək. Gürcüstan F qrupunda Potruqaliya, Çexiya və Türkiyə ilə qarşılaşacaq. Gürcüstan millisinin ilk oyunu iyunun 18-də Dortmundda keçiriləcək.

0
0
Kateqoriya: İdman
Sonrakı yazı
Türkiyə və Rusiya XİN başçıları regional məsələləri müzakirə edib
Öncəki yazı
Türkiyədə terrorçuların mağaraları məhv edildi – Çox sayda sursat ələ keçirildi – VİDEO