Türkmənistanda yeni “ağıllı şəhər” – Arkadağ

0

Türkmənistanda ölkənin keçmiş prezidenti Qurbanqulu Berdiməhəmmədovun şərəfinə Arkadağ adında şəhər salınıb.

QafqazTürk.com xəbər verir ki, açılış mərasimi Qurbanqulu Berdiməhəmmədovun doğum günündə baş tutub.

“Arkadağ” Türkmənistanın dövlət başçısı vəzifəsindən getdikdən sonra Berdiməhəmmədova verilən tituldur.

Prezident Serdar Berdiməhəmmədov şəhərin baş meydanında dövlət bayrağının qaldırılması mərasimi keçirib. Sonra prezident, hökumət üzvləri və xarici qonaqlar şəhərdəki xüsusi təyinatlı obyektlərin və yaşayış binalarının xüsusiyyətləri ilə tanış olublar.

Şəhərin tikintisinə 5 milyard dollara yaxın vəsait xərcləndiyi bildirilir. Arkadağ şəhərinin əsası “ağıllı şəhər” konsepsiyası ilə qoyulub. Qeyd olunur ki, şəhərdəki yaşayış binaları da “ağıllı” sistemlə tikilib.

Mobil rabitənin yüksək keyfiyyətini təmin etmək üçün Arkadağda 4G cihazları istifadəyə verilib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Bu gün və sabah gözlənilən hava şəraiti – PROQNOZ
Öncəki yazı
Dünya bazarlarında neft bahalaşdı