This is a specific ad

Türkiyənin fəxri olan dünyanın ilk hərbi PUA gəmisi “TCG Anadolu” ziyarətə açılır – FOTO

31

Another advertisement

Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı və dünyanın ilk silahlı pilotsuz uçuş aparatı (SİHA) gəmisi olan “TCG Anadolu” İstanbulda ictimaiyyətin ziyarətinə açılıb.

QafqazTürk.com xəbər verir ki, ziyarət imkanı aprelin 23-nə kimi davam edəcək.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “bütün Türkiyənin qürur mənbəyi” adlandırdığı “TCG Anadolu”nun uzunluğu 231 metr, eni isə 32 metrdir. Gəmi 13 tank, 27 zirehli amfibiya-hücum maşını, altı zirehli heyət daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir.

Gəminin uçuş göyərtəsinə 10 helikopter və ya 11 SİHA yerləşdirilə, anqarda isə 19 helikopter və ya 30 SİHA daşına bilər. Gəmi 1 223 şəxsi heyəti qəbul edəcək. Təyyarədə tamhüquqlu xəstəxana və iki əməliyyat otağı da var.

Dünyada bu miqyasda gəmiləri olan cəmi 12 ölkə var.

“TCG Anadolu” Egey, Aralıq dənizi və Qara dənizlərdə daxili baza dəstəyinə ehtiyac olmadan öz logistik dəstəyi ilə ən azı bir batalyon böyüklüyündə bir qüvvəni böhran bölgəsinə köçürmə qabiliyyətinə malikdir. Gəmidəki silah sistemləri, döyüş idarəetmə, elektron döyüş, infraqırmızı axtarış və izləmə, elektro-optik axtarış, lazer xəbərdarlıq, torpeda müdafiə, rabitə, naviqasiya və məlumat paylama sistemləri, həmçinin radarlar yerli resurslarla inkişaf etdirilib.

Gəmi həm də zəruri hallarda təbii fəlakətlərə yardım missiyaları üçün istifadə edilə bilər. Tam səviyyəli xəstəxana və əməliyyat otağı imkanları sayəsində təbii fəlakətlərin aradan qaldırılması, humanitar yardım və qaçqınların təxliyəsi kimi əməliyyatlarda tibbi dəstək göstərə biləcək.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Süleyman Soylu: “29 oktyabrda Türkiyənin dağlarında bir nəfər də olsun terrorçu qalmayacaq”
Öncəki yazı
G7 ölkələri razılığa gəldilər: Rusiyaya qarşı təzyiqlər davam etdiriləcək