• 06 Dekabr 2023 11:27

G7 ölkələri razılığa gəldilər: Rusiyaya qarşı təzyiqlər davam etdiriləcək

Avatar photo

ByHacı Xəlilzadə

Apr 17, 2023

Böyük Yeddilik (G7) ölkələri Ukraynanı dəstəkləmək və Rusiyaya qarşı sanksiyaları davam etdirmək barədə razılığa gəliblər.

QafqazTürk.com xəbər verir ki, G7 ölkələrinin xarici işlər nazirləri bu barədə Yaponiyada keçirilən sessiyada razılığa gəlinib.

“Böyük yeddilik ölkələri Rusiyaya qarşı sərt sanksiyaları davam etdirəcək və Ukraynaya güclü dəstək verməkdə davam edəcəklər”, – deyə bəyanatda qeyd olunub.

Bundan əlavə, G7 ölkələri Rusiyaya silah tədarük edən dövlətlərə qarşı təzyiqləri daha da gücləndirəcəklərini bəyan ediblər.

16060cookie-checkG7 ölkələri razılığa gəldilər: Rusiyaya qarşı təzyiqlər davam etdiriləcək