This is a specific ad

Türkiyəli futbolçu peşəkar karyerasını başa vurdu

56

Another advertisement

Türkiyə millisinin sabiq futbolçusu Burak Yılmaz peşəkar karyerasını başa vurub.

QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, 38 yaşlı hücumçu qərarını keçirdiyi mətbuat konfransında bəyan edib.

“Bildiyiniz kimi, dünən axşam dünyanın ən böyük oyunçularından biri Zlatan İbrahimoviç stadionda ağlayaraq və əl yelləyərək futbolla vidalaşdı. Mən də elə getmək istədim, amma alınmadı. Qərarı internet vasitəsilə açıqlamaq isə ürəyimə yatmadı. Bu gün karyeramı bitirdiyimi bildirmək istəyirəm”, – veteran forvard bildirib.

Qeyd edək ki, Burak Yılmaz karyerası ərzində ölkəsinin “Beşiktaş”, “Fənərbağça”, “Qalatasaray” və “Trabzonspor”, Çinin “Beytsin Qoan”, Fransanın “Lill” və Niderlandın “Fortuna Sittard” klublarında çıxış edib. Türkiyə yığmasında 77 oyun keçirən keçmiş futbolçu 31 qol vurub.

Kateqoriya: İdman
Sonrakı yazı
İyunun 10-dək hava necə olacaq ? – Ətraf Mühit üzrə Milli Agentliyin proqnozu
Öncəki yazı
Bu şəxslərə Qazaxıstanda 10 illik yaşayış icazəsi veriləcək