This is a specific ad

Bu şəxslərə Qazaxıstanda 10 illik yaşayış icazəsi veriləcək

42

Another advertisement

2023-cü ilin iyul ayından etibarən etnik qazaxlara tarixi vətənlərinə sadələşdirilmiş giriş üçün “Ata Joly” (“Əcdadlar yolu”) kartının verilməsinə başlanacaq.

QafqazTürk.com yerli mediaya istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, yeni sənədin təqdim edilməsində məqsəd tarixi vətənlə əlaqələrin möhkəmləndirilməsi, milli adət-ənənələrin qorunub saxlanılması və uğurlu iş adamlarını ölkəyə cəlb etməkdir.

Belə ki, kart xaricdə yaşayan etnik qazaxlara başqa ölkənin vətəndaşlığını itirmədən veriləcək. Kart sahibi Qazaxıstana daxil olduqdan sonra 10 il müddətinə yaşayış icazəsi alacaq.

Qeyd edək ki, 1991-ci ildən sonra daimi yaşamaq üçün öz vətənlərinə gələn etnik qazaxlara verilən “kanda” statusu da mövcuddur.

“Ata Joly” kartının sahibi kandalardan fərqli olaraq xarici vətəndaşlığını saxlayacaqlar. Həmçinin, kart sahibi iş və ya biznes üçün region seçə biləcək.

Digər tərəfdən kart sahibinin Qazaxıstan vətəndaşından fərqli olaraq respublikanın dövlət və yerli özünüidarəetmə orqanlarına seçmək və seçilmək, referendumda iştirak etmək hüququ yoxdur.

Belə ki, “Ata Joly” sahibi Qazaxıstan vətəndaşlığını aldıqda kart etibarsız sayılır.

Məlumata görə, bu ilin əvvəlindən 8034 etnik qazax öz tarixi vətənlərinə qayıdıb və kanda statusu alıb. Ümumilikdə 1991-ci ildən bu yana 1 milyon 115,1 min etnik qazax respublikaya qayıdıb. 2023-cü ilin əvvəlindən Qazaxıstana gələn kandaların yarıdan çoxu, 54,2% Özbəkistandan, 20,1% Çindən, 11% Rusiyadan, 6,4% Monqolustandan, 4,9% Türkmənistandan və 3,3% digər ölkələrdəndir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyəli futbolçu peşəkar karyerasını başa vurdu
Öncəki yazı
Pikassonun sevgilisi 101 yaşında vəfat edib