Türkiyədən xoş xəbər

6

Bu gün qardaş Türkiyədən xoş xəbər almışıq.

Tanınmış ziyalı, uzun müddət məsul dövlət vəzifələrində çalışmış, hazırda Gürcüstan Azərbaycanlıları Konqresinə rəhbərlik edən Hüseyn Yusubov Kars Strateji Araşdırmalar Mərkəzi tərəfindən “Türk Dünyasına Xidmət” mükafatına layiq görülmüşdür.

Bu, gürcüstanlı soydaşlarımız arasında bir ilkdir. Ümid edirik ki, davamı da gələcək!
Qeyd edirik ki, Hüseyn müəllim xeyli vaxtdır ki, türk mədəniyyətini və bu böyük mədəniyyəti təmsil edən şəxslərin Gürcüstanda tanınması istiqamətində və əksinə, Gürcüstan mədəniyyətini təmsil edən elm və mədəniyyət xadimlərinin də Türkiyədə tanıdılması yönündə mühüm işlərə imza atmışdır.
Biz, “QafqazTürk Media” portalı olaraq Hüseyn müəllimi ürəkdən təbrik edirik və işlərində yeni uğurlar arzulayırıq!

Kars Strateji Araşdırmalar Mərkəzinə, onun yaradıcı heyətinə, əməyi keçən hər kəsə təşəkkürlərimizi bildiririk!
Və şəxsən Kars Strateji Araşdırmalar Mərkəzinin Başkanına, amacı Türkiyə – Gürcüstan əlaqələrini zirvələrə daşımaq olan, GAK-ın qardaş Türkiyədəki fəxri elçisi hörmətli Erbil Hüryurt əfəndiyə xüsusi təşəkkür edirik!

Mükafatın təqdimat mərasimi və yeri barədə əlavə məlumat veriləcəkdir.

7
0
Sonrakı yazı
Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərdədir
Öncəki yazı
Tbilisidə yanğın baş verib