Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərdədir

1

Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərdədir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Hökumət administrasiyası məlumat yayıb.

Məlumata əsasən, Tbilisi beynəlxalq hava limanında Ermənistanın baş nazirini baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Gürcüstanın Ermənistandakı səfiri Giorgi Şarvaşidze qarşılayıb.

Səfər çərçivəsində Nikol Paşinyan və İrakli Qaribaşvili arasında təkbətək görüş planlaşdırılır. Gürcüstan və Ermənistan Respublikası arasındakı İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçiriləcək, bundan sonra bir sıra sənədlərin imzalanması mərasimi nəzərdə tutulub.

Bununla yanaşı, Gürcüstan və Ermənistanın baş nazirləri mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
BBC-მ საქართველოში უკანონოდ გაშვილებულ ჩვილებზე დოკუმენტური ფილმი გადაიღო
Öncəki yazı
Türkiyədən xoş xəbər