Another advertisement
Türkiyədəki Ahıska türkləri icmasının bütün nümayəndələrinə vətəndaşlıq veriləcək.
QafqazTürk.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O, Türkiyədə yaşayan bütün Ahıska türklərinə vətəndaşlıq veriləcəyini bildirib. Nazirin sözlərinə görə, artıq 70 min Ahıska türkü Türkiyə vətəndaşlığını qəbul edib.
Qeyd edək ki, Ahıska türkləri Stalin tərəfindən vətənləri Gürcüstandan Orta Asiyaya sürgün edilib. SSRİ-nin dağıldığı dövrdə Özbəkistanda yerli əhali ilə Ahıska türkləri arasında problemlər yaranıb və bu ölkəni tərk edənlər Azərbaycan və Türkiyəyə sığınıb.