This is a specific ad

FİTRƏ ZƏKATI HAQDA SUALLARA CAVAB

32

Another advertisement

Gürcüstanda fitrə zəkatın nə qədər olduğu məlum olub.

QafqazTürk.com fitrə zəkatın məbləği və kimlərin fitrə verə biləcəyini təqdim edir:

Bu il üçün Gürcüstanda adambaşı fitrə zəkatı neçə lari təşkil edir?

Gürcüstandakı qiymətləri nəzərə alaraq bu il üçün adambaşı fitrə zəkatı ən azı 7-9 lari hüdudunda hesablanıb. Əlbəttə onu da qeyd etməliyik ki, İnsan öz maddi imkanından asılı olaraq ərzaq növləri arasında daha bahalı olanını seçə bilər, ya da fitrə zəkatının miqdarını 3 kq.-dan çox götürə bilər.

Fitrə zəkatı kimlərə düşür?

Həddi buluğa çatmış fəqir olmayan hər kəsə – özünün və onun himayəsində olan (çörəyini yeyən şəxslərə).

Fitrə zəkatının cinsi və miqdarı nə həddə götürülür?

Hər nəfər üçün 1sa’ (təqribən 3 kq) buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və ya bunların dəyəri qədər pul. Yaxşı olar ki maddi vəziyyəti yaxşı olanlar ən bahalı olanın (yəni düyü, xurma və kişmişin) qiyməti dəyərini versinlər. Ən azından yayqın ərzq növünün üzərində hesablanması da məqsədəuyğundur.

Fitrə zəkatının vacib olması və çıxarılma vaxtı və eləcə də verilməsi nə zaman olmalıdır?

Fitr bayramının axşamı çıxılır, Bayram gününün günorta namazına qədər verilməsi gərəkdir. (Əgər müəyyən üzürlü səbəbdən nəzərdə tutulan şəxsə çatdırmaq gecikərsə eybi yoxdur.)

Fitrə zəkatını kimə vermək olar?

Müstəhəbdir ki, insan zəkat fitrəsini verəndə qohum fəqirləri başqalarından qabağa salsın, sonrakı mərhələdə fəqir qonşularına, sonra isə fəqir elm əhlinə versin. Fitrə zəkatı fəqirə, yolda qalan müsafirə, ağır durumda olan borcluya və s. verilə bilər. Fitrə zəkatını möminə vermək müstəhəbdir. Seyid olmayan şəxs, seyyidə fitrə zəkatı verə bilməz.

İslam şəriətində fəqir elə şəxsə deyilir ki, özünün və ailəsinin bir illik dolanışıq xərcinə sahib deyil. Müəyyən işi və qazancı olsa da ailəni idarə etməyə kifayət etmir. Bir sözlə çox çətinliklə yaşayışını keçindirir.

Kateqoriya: Din
Sonrakı yazı
Ulduz falı – 18.04.2023
Öncəki yazı
Türkiyədəki bütün Ahıska türklərinə vətəndaşlıq veriləcək