Türkiyə hüquq-mühafizə orqanları İraq Şam İslam Dövləti (İŞİD) adından terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıblar.
QafqazTürk.com xəbər verir ki,Təhlükəsizlik qüvvələri silahlıların Türkiyədə terror aktı törətməyi planlaşdırdıqlarını bildiriblər.
Dindirildikdən sonra Tacikistan vətəndaşı 37 yaşlı Fazilcon A. və Qırğızıstan vətəndaşı 41 yaşlı Zülfiyyə S. məhkəmə qarşısına çıxarılıblar. Sonuncu artıq ölkədən deportasiya edilib.
Baxış zamanı onlardan jandarm forması, polis jileti və papaq, avtomobil üçün radio, habelə təlimatları olan elektron avadanlıq aşkar edilib.
Məlum olub ki, Fazilcon İŞİD üzvüdür. O, terrorçular arasında “Əbu İsmayıl” kimi tanınır. Kəşfiyyat xidmətləri onun planlaşdırılan terror aktının təşkilatçısı və əlaqələndiricisi olduğunu bildiriblər.