2-4 aprel tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

18

2-3 aprel tarixlərində ölkənin əksər rayonlarında isti və yağmursuz hava şəraiti davam edəcək .

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən paytaxt Tbilisidə isti və yağmursuz hava gözlənilir . Hava temperaturu gün ərzində +22, +24 dərəcəyədək yüksələcək. Aprelin 4-də şimal-qərb istiqamətindən güclü külək əsəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): aprelin 2-3-də hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gün ərzində +27, +29 dərəcəyədək yüksələcək. Aprelin 4-ü səhər saatlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir. Hava temperaturu da aşağı düşəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): Aprelin 2-3-də hava isti və yağmursuz keçəcək. Hava temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək. Aprelin 4-ü səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir. Hava temperaturu da aşağı düşəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): aprelin 2-3-də hava isti, yağmursuz keçəcək. Hava temperaturu gün ərzində +25, +27 dərəcəyədək yüksələcək. Aprelin 4-ü səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir. Hava temperaturu da aşağı düşəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): Aprelin 2-3-də hava isti və yağmursuz keçəcək. Hava temperaturu gün ərzində +22, +24 dərəcəyədək yüksələcək. Aprelin 4-ü səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir. Hava temperaturu da aşağı düşəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): 2-3 apreldə hava isti və yağmursuz keçəcək. Hava temperaturu gün ərzində +24, +26 dərəcəyədək yüksələcək. Aprelin 4-də isti hava şəraiti ilə birlikdə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): 2-3 apreldə hava isti və yağmursuz keçəcək. Hava temperaturu gün ərzində +24, +26 dərəcəyədək yüksələcək. Aprelin 4-də isti hava şəraiti ilə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): Aprelin 2-3-də hava isti və yağmursuz keçəcək. Hava temperaturu gün ərzində +24, +26 dərəcəyədək yüksələcək. Aprelin 4-də isti hava şəraiti ilə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): Aprelin 2-3-də hava isti və yağmursuz keçəcək. Aprelin 4-də isti hava şəraiti ilə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir.

12
4
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Milli Bank istehlakçılara yeni saxtakarlıq planı barədə xəbərdarlıq edir
Öncəki yazı
Türkiyədə Tacikistan və Qırğızıstan vətəndaşları saxlanıldılar: Terror aktı hazırlayırdılar