• 17 Fevral 2025 13:56

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Türkiyənin valyuta ehtiyatları rekord həddə artıb

ByNiyazi Yusubov

İyn 28, 2023
Another advertisement

Ötən həftə Türkiyənin beynəlxalq valyuta ehtiyatlarının artımı 8,5 milyard dollar təşkil edərək, respublikanın bütün tarixi ərzində rekord müəyyənləşdirib. QafqazTürk.com xəbər verir ki,Türkiyənin maliyyə naziri Mehmet Şimşək çərşənbə axşamı bildirib ki, ölkənin səlahiyyətli orqanları valyuta ehtiyatlarının artırılması üzrə işləri sürətləndirəcək.
“Türkiyə Mərkəzi Bankının analitik məlumatlarına görə, xalis valyuta ehtiyatları keçən həftə 8,5 milyard dollar artaraq tarixin ən böyük həftəlik artımını göstərib. Rasional iqtisadi siyasətə dönüş mərhələli şəkildə davam edəcək. Biz bu istiqamətdə işləri sürətləndiririk”, – nazir “Twitter”də yazıb.
Qeyd edək ki, iyunun 22-də Türkiyə Mərkəzi Bankı 2021-ci ildən bəri ilk dəfə əsas faiz dərəcəsini demək olar ki, iki dəfə artıraraq 8,5%-dən 15%-ə çatdırıb.