This is a specific ad

Tullantılarla əlaqədar YENİ QƏRAR – ƏTRAFLI

57

Another advertisement

Parlament üçüncü oxunuşda “Tullantıların idarə olunması Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunlayihəsini 74 səslə dəstəkləyib.

QafqazTürk.com xəbər verir ki, dəyişikliklərə əsasən, tullantıların icazəsiz şəxsə verilməsinə və təhlükəli tullantıların toplanması və emalına dair xüsusi tələblərin pozulmasına görə qanuna sanksiyalar əlavə olunacaq.

Qanun layihəsinin qəbulu nəticəsində istehsalçının uzadılmış öhdəliyini (EPO) tənzimləyən texniki reqlamentin tələblərinin pozulmasına görə müvafiq inzibati məsuliyyət müəyyən ediləcək ki, bu da EPO sisteminin səmərəli tətbiqini təmin edəcək.

Həmçinin tullantıların idarə olunması sahəsində konkret tələblərin pozulmasına və ya öhdəliklərin yerinə yetirilməməsinə görə də müvafiq hüquqi məsuliyyət müəyyən ediləcək.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
ბათუმში, ახალგაზრდა კაცი ბინაში გარდაცვლილი იპოვეს
Öncəki yazı
22-24 fevral tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ