22-24 fevral tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

27

22-24 fevral tarixlərində Gürcüstanın bəzi rayonlarında yağışlı hava şəraiti gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən paytaxt Tbilisidə az yağış yağacağı gözlənilir. Havan temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): 22-23 fevralda yağış yağacağı, fevralın 24-də havanın buludlu olacağı gözlənilir. Hava temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): fevralın 22-23-də yağış, fevralın 24-də isə mülayim hava şəraiti gözlənilir. Hava temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): fevralın 22-23-də havanın yağıntılı olacağı, fevralın 24-də isə mülayim hava şəraiti gözlənilir. Hava temperaturu gündüz +12, +14 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): fevralın 22-23-də qar yağacaq, fevralın 24-də yağmursuz hava gözlənilir. Hava temperaturu gündüz +5, +7 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Hava temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Hava temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Hava temperaturu gündüz +6, +8 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə qar yağacaq. Hava temperaturu -1, +1 dərəcə təşkil edəcək.

15
4
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Tullantılarla əlaqədar YENİ QƏRAR – ƏTRAFLI
Öncəki yazı
Bu gün 21 Fevral Beynəlxalq Ana Dili Günüdür – VİDEO