This is a specific ad

Tbilisinin Politkovskaya küçəsində “Polis şəhəri”nin tikintisinə başlanılıb – ətraflı

91

Another advertisement

Tbilisidə, Politkovskaya küçəsində bu gün “Polis şəhəri”nin tikintisinin təməli qoyulub. Tədbirdə baş nazir İrakli Qaribaşvili çıxış edib.

İrakli Qaribaşvilinin qeyd etdiyi kimi, artıq işlərə başlanılıb. Tikinti şirkəti iddia edir ki, işlər təxminən iki ilə başa çatacaq və min polisə mənzillər veriləcək. Layihənin dəyəri təxminən 125 milyon lari təşkil edir.

“Mən çox şadam ki, Vaxtanq Qomelauri ilə birlikdə çox mühüm tədbirdə iştirak etmişəm. Bildiyiniz kimi, biz qərarımızla mindən çox polis üçün nəzərdə tutulan “Polis şəhəri”nin tikintisinə başladıq. Artıq işlər başlayıb. Tikinti şirkəti bizə söz verir ki, təxminən iki ilə işlər yekunlaşacaq və min polisə mənzil verəcəyik.

Polislər simvolik qiymət ödəyəcəklər, hər kvadratmetr üçün təxminən 300 lari olacaq, qalan xərclər tam olaraq dövlət və nazirlik tərəfindən ödəniləcək. Qürurlu qəhrəman polislərimizə bildirmək istəyirəm ki, bu layihə birdəfəlik layihə olmayacaq, gələcəkdə “polis şəhərləri”nin tikintisi davam edilcək. Arzumuz budur ki, buna qanunvericilik səviyyəsində təminat verilsin.

Hər şeyə görə, ölkəmizi, ölkəmizin təhlükəsizliyini, vətəndaşlarımızı qoruyan qəhrəman, qürurlu polislərimizə bir daha təşəkkür etmək istəyirəm. Hökumətimizin polislərimiz üçün ən yaxşısını etmək öhdəliyidir, mən bir daha cənab Vaxtanqa və hər bir polisə təşəkkür edirəm”, – Baş nazir Qaribaşvili bildirib.

Sonrakı yazı
Türkiyəli nazir: “Sülh sazişi uzandıqca hərbi əməliyyatların yenidən başlaması təhlükəsi artır”
Öncəki yazı
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları təqdim edildi – FOTO