Tbilisidə yaşayan evsiz vətəndaşlara xoş xəbər!

0

Tbilisi Meriyası evsiz ailələrin yaşayış sahəsi ilə təmin olunması proqramı çərçivəsində əlavə altı daşınmaz əmlak alacaq.

QafqazTürk xəbər verir ki, paytaxt meri Kaxa Kaladze evsiz ailələrin yaşayış sahəsi ilə təmin olunması proqramı çərçivəsində artıq 79 daşınmaz əmlakın alındığını bildirib.

Kaladzenin hökumət iclasında qeyd edib ki, hökumətin fərman layihəsi artıq hazırlanıb və əlavə altı daşınmaz əmlak alınacaq.

“Bizim seçki vədimiz evsiz ailələri yaşayış sahəsi ilə təmin etmək idi. Bu, olduqca mühüm proqramdır və biz əhaliyə söz vermişdik ki, Tbilisidə heç bir evsiz insan olmayacaq. Sözügedən proqram çərçivəsində ötən ildən mənzil almağa başlamışıq. Artıq 56 mənzil alınıb, təkcə cari ildə 23 yaşayış sahəsi alınıb, bu da ümumilikdə 79 daşınmaz əmlak deməkdir. Bundan başqa, artıq altı əlavə daşınmaz əmlakın alınması ilə bağlı hökumətin qərar layihəsi hazırlanıb. Sözügedən proses bütün ailələr yaşayış sahəsi ilə təmin olunana qədər davam edəcək”– deyə Tbilisi meri bildirib.

Bundan əlavə, Kaxa Kaladze bir daha izah edib ki, oxşar problemlərdən əziyyət çəkən vətəndaşlar ilk növbədə evsiz statusu almalıdırlar.

“Bir daha xatırladırıq ki, qeyd olunan problemi olan vətəndaşlar birinci mərhələdə evsiz statusu almalıdırlar. Evsiz statusu Səhiyyə Nazirliyi tərəfindən verilir. Bundan sonra məsələ Tbilisi Meriyasının Səhiyyə və Sosial Xidmətində müzakirə olunacaq və müvafiq qərar qəbul ediləcək. Bu günə ola vəziyyətə görə 400-ə yaxın evsiz ailə qeydiyyatdadır və onların hamısı yaşayış sahəsi alacaq”– deyə Kaxa Kaladze bildirib.

0
0
Sonrakı yazı
ქართველი სამართალმცოდნე, საქართველოს უზენაესი სასამართლოს ყოფილი თავმჯდომარე გარდაიცვალა
Öncəki yazı
Gömrük işçiləri Sadaxlıda xüsusilə külli miqdarda bəyan edilməmiş qızıl əşyalar aşkar ediblər – ƏTRAFLI