Another advertisement
Gürcüstanın paytaxtı Tiflisdə metronun yenidən qurulmasına 55 milyon avro ayrılacaq.
QafqazTürk.com xəbər verir ki, bunu şəhərin meri Kaxa Kaladze deyib.
Üç eskalatorun dəyişdirilməsi və 30 eskalatorun yenilənməsi, idarəetmə pultunun, eskalatorun idarəedicilərinin dəyişdirilməsi, həmçinin havalandırma və yanğından mühafizə sistemlərinin yenilənməsi nəzərdə tutulur. Metro stansiyaları daha çox fiziki məhdudiyyətli insanların ehtiyaclarına uyğunlaşdırılacaq.
“Qalib şirkət konseptual dizayn layihəsini hazırladıqdan və tender sənədlərini hazırladıqdan sonra təfərrüatlı layihələndirmə və tikinti və təmir işləri üçün daha bir tender elan olunacaq. Biz bu tenderin ilin sonuna qədər elan olunmasını gözləyirik“, – deyə Kaxa Kaladze bildirib.