Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Parlamentinin Mədəniyyət Komitəsinin sədri ilə görüşüb – FOTO

29

Cari ilin 3 aprel tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstan Parlamentinin Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadze ilə görüşüb.

QafqazTürk.com xəbər verir ki, görüşdə Eliso Bolkvadzeni salamlayan səfir F.Quliyev, Azərbaycan və Gürcüstan arasındakı mədəniyyət, incəsənət və digər aidiyyəti sahələr üzrə əməkdaşlıq əlaqələrinin davamlı inkişafından məmnunluğunu ifadə edib. O, bu cür görüşlərin ölkələrimiz arasındakı sahəvi münasibətlərə təkan verdiyini və səfirlik olaraq bu münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə Gürcüstan Parlamentinin Mədəniyyət Komitəsi ilə əməkdaşlığa hər zaman hazır olduğunu bildirib.

Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn aidiyyəti layihələrə göstərilmiş dəstəyə görə Eliso Bolkvadzeyə təşəkkürünü bildirən səfir Faiq Quliyev, birgə layihələrin icra olunmasının vacibliyini vurğulayıb.

Eliso Bolkvadze mədəniyyət sahəsi üzrə iki ölkə arasındakı münasibətlərin günü gündən inkişaf etdiyini və bu münasibətlərin daha da dərinləşdirilməsində qarşılıqlı səyləri yüksək qiymətləndirdiyini bildirib. O, Azərbaycanla qarşılıqlı maraq doğuran birgə layihələrin dəstəklənməsinə hazır olduğunu və iki ölkənin qanunverici orqanlarının müvafiq komitələri arasında əməkdaşlıq perspektivlərinin önəmini qeyd etmişdir.

Görüş zamanı həyata keçirilməsi nəzərdə tutulan birgə layihələrin icra vəziyyəti nəzərdən keçirilib, mümkün təşəbbüs, eləcə də qarşılıqlı səfər imkanları barədə də fikir mübadiləsi aparılıb.

19
4
Kateqoriya: Siyasət
Sonrakı yazı
Tbilisidə metro yenidən qurulur – Bu qədər vəsait ayrılıb
Öncəki yazı
Gürcüstan parlamentində deputatlar arasında qarşıdurma olub