This is a specific ad

Tbilisidə “Heydər Əliyev – 100” fotosərgisi

39

Another advertisement

Tbilisidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi keçirilib.

QafqazTürk.com xəbər verir ki, AZƏRTAC-ın təşəbbüsü və Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilati dəstəyi ilə keçirilən sərginin açılışında səfir Faiq Quliyev, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, QafqazTürk Medianın direktoru Hüseyn Yusubov, bir sıra dövlət və hökumət üzvləri, parlamentin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Biltmor” mehmanxana kompleksində keçirilən və maraqla qarşılanan fotosərgidə unudulmaz tarixi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, dünya siyasi liderləri, eləcə də Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze ilə görüşlərini əks etdirən nadir fotoları nümayiş edirilib.

Əvvəlcə Səfir Faiq Quliyev qonaqlara Ulu Öndərin fəaliyyəti, eləcə də Gürcüstanla əlaqədar siyasəti, dahi şəxsiyyətin gürcü xalqının nümayəndələri ilə dostluğu barədə ətraflı məlumat verib.

Sonra dahi şəxsiyyətin ömür yolunu əks etdirən və ideya rəhbəri AzTV-nin Gürcüstan təmsilçisi Şahismayıl Şəmmədoğlu olan “Dostluğun siması” filmi nümayiş etdirilib. Film çox maraqla qarşılanıb.

Qeyd edək ki, film “Lelo” partiyasını maliyyə dəstəyi ilə ərsəyə gəlib.

Sonrakı yazı
მსოფლიოში პირველად კვლევამ აჩვენა, რომ ართრიტის წამალს შეუძლია დიაბეტის განკურნება
Öncəki yazı
Türk Dövlətləri Təşkilatı (TDT) birgə bəyanatı alqışlayır