Türk Dövlətləri Təşkilatı (TDT) birgə bəyanatı alqışlayır

0

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömuralıiyev Azərbaycan və Ermənistanın dekabrın 7-də yaydığı birgə bəyanatı alqışlayıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə TDT məlumat yayıb.

Birgə Bəyanat regionda davamlı sülhün təmin edilməsi istiqamətində mühüm addımdır”, – deyə məlumatda bildirilib.

Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Tbilisidə “Heydər Əliyev – 100” fotosərgisi
Öncəki yazı
Polşada 2 nəfər Gürcüstan vətəndaşı saxlanılıb