Another advertisement
Tbilisidə ortayaşlı kişi qısqanclıq zəminində qohumunu qətlə yetirib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, hadisə qısqanclıq zəminində baş verib.
Nazirliyin məlumatına görə əvvəllər də məhkum olunmuş 42 yaşlı şəxs evində 37 yaşlı qadını dəyənək və tapança ilə döyüb, nəticədə qadın yerindəcə ölüb.
Təqsirləndirilən şəxs artıq saxlanılıb və onu 10 ildən 15 ilə qədər həbs gözləyir.