This is a specific ad

Parlamentdə yeni qanun qəbul edildi – 5 günlük həbs

58

Another advertisement

Parlament birinci oxunuşda İnzibati Xətalar Məcəlləsinə ictimai istifadə üçün nəzərdə tutulmuş obyektlərə məqsədli və ya qəsdən ziyan vurma hallarının yeni tənzimlənməsini nəzərdə tutan dəyişikliklərə baxıb və 76 səslə dəstəkləyib.

QafqazTürk.com xəbər verir ki, mövcud qanunvericiliyə görə, bələdiyyə və ya dövlət əmlakının zədələnməsi və ya məhv edilməsi yalnız zədələnmiş və ya məhv edilmiş əşyanın dəyəri 150 laridən artıq olduqda məsuliyyət nəzərdə tutulur.

Qanuna dəyişikliyə əsasən, meydanda, yolda, parkda, yeraltı keçiddə, ümumi istifadə üçün nəzərdə tutulmuş digər obyektdə yerləşən infrastruktura/inventarlara qəsdən zərər vurma və ya məhvetmə, o cümlədən yol nişanı, işıqfor, açıq hava müşahidə kamerası, ictimai nəqliyyata və ya ictimai nəqliyyatda mövcud olan inventarın qəsdən zədələnməsi və ya məhv edilməsi 300 lari məbləğində cərimə ilə nəticələnir.

Layihəyə əsasən, sözügedən hərəkətin təkrar törədilməsi 500 lari məbləğində cərimə və ya 5 günə qədər inzibati həbslə nəticələnəcək.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Gürcüstanda həkimlərin çoxluğu və tibb bacılarının çatışmazlığı var – DETALLAR
Öncəki yazı
Tbilisidə qətl hadisəsi baş verib