This is a specific ad

Tbilisi meri Türkiyənin səfiri ilə görüşüb

27

Another advertisement

Paytaxt meri Kaxa Kaladze Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay ilə görüşüb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Tbilisi meriyası məlumat yayıb.

Meriyanın məlumatına görə, görüşdə iki ölkə arasında strateji əlaqələr müzakirə olunub.

Kaxa Kaladze Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, dost Türkiyəyə sülh və əmin-amanlıq arzulayıb.

Görüşdə Tbilisi və Ankara, eləcə də İstanbul ilə müxtəlif istiqamətlərdə təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.

“Şəhərlərimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, təcrübə mübadiləsinin aparılması çox vacibdir. Yaxın gələcəkdə müxtəlif sahələrdə tətbiq edilən yeniliklərlə tanış olmaq üçün Türkiyəyə səfər etməyi planlaşdırırıq. Məsələn, tullantıların təkrar emalı təcrübələrini bölüşməkdən məmnun olarıq. Bu baxımdan biz yeni addımlar atırıq və bu, çox maraqlı olacaq”, – deyə Kaladze bildirib.

Ali Kaan Orbay öz növbəsində qeyd edib ki, Gürcüstanın inkişafı və sabitliyi Türkiyə üçün böyük əhəmiyyət kəsb edir.

“Tbilisi gözəl şəhərdir. Olduğum ən yaxşı yerlərdən biridir. Başa düşürəm ki, belə bir tarixi şəhərə rəhbərlik etmək çox çətindir. Biz Tbilisi ilə hər cür əməkdaşlığa hazırıq, çünki Gürcüstanın inkişafı və onun sabitliyi Türkiyə üçün vacibdir”, – deyə Ali Kaan Orbay bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Pikassonun sevgilisi 101 yaşında vəfat edib
Öncəki yazı
Dünyanın ən dəyərli futbolçusu məlum olub