Dünyanın ən dəyərli futbolçusu məlum olub

0

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland “CIES Football Observatory” tərəfindən dünyanın ən dəyərli oyunçusu seçilib.

QafqazTürk.com xəbər verir ki, norveçli oyunçu 245,1 milyon avro dəyərində qiymətləndirilir. İdman Araşdırmaları Mərkəzinin hesablamalarına görə, o, dəyəri 200 milyon avronu keçən yeganə oyunçudur.

Siyahıda 2-ci yerdə 196,3 milyon avro dəyərində “Real”ın futbolçusu Vinisius Junior qərarlaşıb. CIES-in araşdırmasına əsasən, 3-cü yerdəki “Arsenal”ın futbolçusu Bukayo Saka 195,8 milyon avro dəyərindədir.

0
0
Kateqoriya: İdman
Sonrakı yazı
Tbilisi meri Türkiyənin səfiri ilə görüşüb
Öncəki yazı
Laqodexidə külək ağacları uçurub -minlərlə insan işıqsız qalıb