This is a specific ad

Taxıl sazişinin müddəti 60 gün uzadılır 

25

Another advertisement

Müddəti mayın 18-də bitəcək taxıl sazişi daha 60 gün uzadıla bilər.

QafqazTürk.com xəbər verir ki, TASS agentliyi bu barədə danışıqlar prosesi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Bildrilib ki, müvafiq qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirəcəyi gözlənilir.

“Taxıl sazişi 60 gün uzadıla bilər. Rusiya ola bilsin ki, buna sonuncu dəfə razılıq verir. Müqavilənin uzadılmasını ənənəvi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı ilə telefon danışığından sonra səsləndirəcəyi gözlənilir”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, taxıl sazişi 2022-ci il iyulun 22-də İstanbulda imzalanıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
“Seçkilərin nəticəsi ilə bağlı qərarı Qərb yox, xalq verir” – Ərdoğan
Öncəki yazı
Gürcüstanın bal ixracı