Gürcüstanın bal ixracı

0

Gürcüstanın bal ixracı bahalaşıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstanın Statistika İdarəsi məlumat yayıb.

Məlumata əsasən ötən il 171,15 min dollar dəyərində 50,11 ton, bu il isə 196,19 min dollar dəyərində 26,23 ton gürcü balı ixrac edilib.

Bu göstəricilərdən məlum olur ki, 2022-ci ilin yanvar-mart aylarında xaricə bir ton bal orta hesabla 3 min 415 dollara satılırdısa, bu ilin birinci rübündə bu məbləğ 7 min 480 dollara yüksəlib. (artım 119%).

İxrac edilən ölkələrə gəlincə, 2023-cü ilin yanvar-mart aylarında gürcü balı 8 ölkəyə gedib:

  • Fransa – 116 min dollar (20,40 ton)
  • Çexiya – 38,33 min dollar (2 ton)
  • ABŞ – 16,82 min dollar (2,38 ton)
  • Nigeriya – 11,98 min dollar (0,15 ton)
  • Burkina Faso – 6,64 min dollar (0,29 ton)
  • Kanada – 4,12 min dollar (0,41 ton)
  • Kamerun – 1,80 min dollar (0,11 ton)
  • Xəzər – 0,49 min dollar (0,49 ton)
0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Taxıl sazişinin müddəti 60 gün uzadılır 
Öncəki yazı
Gürcüstanda tərəvəzin pərakəndə satış qiyməti