Soyadların sonunda olan rus şəkilçilərinin ləğv olunması mümkün ola bilər.
Salam platforması tərəfindən başladılan soyadların sonundakı -ov, -yev rus şəkilçilərinin ləğvi ilə bağlı “Soyadımı qaytar” kampaniyası çərçivəsində Konstitusiya Məhkəməsinə müraciət edilmişdi.
Kampaniyanı rəhbərləri bu proses barədə ictimaiyyətə ətraflı məlumat veriblər.
Onların qeyd etdiyinə əsasən, insanları ən çox narahat edən məsələlərdən biri bunun məcburi olub-olmamasıdır.
Məlumat üçün bildirək ki, bu proses məcburi deyil və istəyə görə olur.
Həmçinin Məhkəmə prosesində tarixi nüanslara toxunulduğu və hakimlər tərəfindən əsas tələbin doğru anlaşıldığı bildirilir.
Gedən prosesin müsbət nəticəyə yaxın olduğu və tələbin yerinə yetiriləcəyi gözlənilir.
Daha ətraflı məlumat üçün izləmədə qalın.