Kutaisidə yol-nəqliyyat hadisəsi baş verib. Ququnava küçəsində motosiklet piyadanı vurub. Sürücü hadisə yerindən qaçıb.
Bu barədə yerli media məlumat yayıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası, patrul və kriminal polis səfərbər edilib.
Yaralı klinikaya yerləşdirilib.
Hadisənin şahidi bildirib: “Babu yolu keçərkən motosiklet onu vurdu. Heç kim bu qəzadan sığortalanmayıb, amma qaçmaq qətiyyən düzgün və insani iş deyil”.