This is a specific ad

Səhiyyə və Sosial Məsələlər Komitəsində iki qanunvericilik paketi təsdiqlənib

47

Another advertisement

Səhiyyə və Sosial Məsələlər Komitəsi iki qanunvericilik paketini birinci oxunuşda müzakirə edib.

QafqazTürk.com xəbər verir ki, komitə, “Gürcüstanın Mülki Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” və “Yığılmış pensiyalar haqqında Gürcüstan qanununa dəyişikliklər edilməsi haqqında” qanunlayihələrini və onlardan irəli gələn qanunlayihələrini dəstəkləyib.

Parlamentin üzvü Rati Yonatamişvili Mülki Məcəlləyə dəyişikliklər layihəsini komitə üzvlərinə təqdim edib.

Onun sözlərinə görə, qüvvədə olan 27 qanuna dəyişiklikləri nəzərdə tutan qanunvericilik paketi əlillər üçün yaxşı təşəbbüsdür.

O, qanunlayihələrində mühüm terminoloji dəyişikliklərin nəzərdə tutulduğunu bildirib.

Bununla yanaşı, komitə iclasında İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin kapital bazarının inkişafı və pensiya islahatı şöbəsinin müdiri Giorgi Qurqenidze Gürcüstanın “Yığılmış pensiya haqqında” qanununa dəyişiklikləri və bununla əlaqədar qanunlayihələrini təqdim edib.

O, bildirib ki, Gürcüstanın “Yığılmış pensiya haqqında” qanunu ilə nəzərdə tutulan pensiya islahatı 2019-cu il yanvarın 1-dən qüvvəyə minib. Pensiya qurumunun fəaliyyəti dövründə mövcud qanunda fərqli və ya əlavə qaydada tənzimlənməsi zəruri olan bir sıra məsələlər müəyyən edilmişdir ki, bu da dəyişikliklərə səbəb olmuşdur.

Komitə hər iki qanun paketini birinci oxunuşda dəstəkləyib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
“Orqan transplantasiyası haqqında” qanunlayihəsi müzakirəyə çıxarılıb
Öncəki yazı
Salome Zurabişvili “Seçki Məcəlləsi”nə dəyişikliklərə veto qoyub