Salome Zurabişvili “Seçki Məcəlləsi”nə dəyişikliklərə veto qoyub

0

Gürcüstan prezidenti “Seçki Məcəlləsi”ndə qəbul edilmiş və ÇESKO (Mərkəzi Seçki Komitəsi) sədrinin və üzvlərinin seçilməsi prosedurunu dəyişdirilməsini nəzərdə tutan düzəlişlərə veto qoyub.

QafqazTürk.com xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata əsasən müstəqil və tərəfsiz bir məmur olan Gürcüstan Prezidenti müsabiqə elan edir və namizədlərin seçilməsi komissiyası yaradır. Prezident seçilmiş namizədləri parlamentə təqdim edəcək.

Bununla yanaşı, komissiyanın yaradılması, namizədlərin seçilməsi və təqdimatı parlamentin sədri, seçkiləri isə parlamentin sadə səs çoxluğu ilə həyata keçirəcək ki, bu isə birpartiyalı qərar deməkdir.

“Sədr və üzvlərin 100 əvəzinə 76 səslə seçilməsi konsensusa əsaslanan qərarlara ehtiyacı aradan qaldırır və qütbləşmə riskini artırır.
Veto bu konsensusu saxlamaq məqsədinə xidmət edir.
Prezident parlamentə təklif edir ki, ÇESKO (MSK) sədri və üzvləri ictimai müdafiəçi məsələsində olduğu kimi ən azı 90 səslə seçilməlidir.
Bu, seçkilərə və seçki idarəçiliyinə etimadı qorumaq və gücləndirmək üçün lazımdır
“, – deyə məlumatda bildirilib.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Səhiyyə və Sosial Məsələlər Komitəsində iki qanunvericilik paketi təsdiqlənib
Öncəki yazı
Tbilisi dənizində yeniyetmə boğulub