Salome Zurabişvili: Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı daha da dərinləşdirməyə xüsusi önəm verir

1

“Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı daha da dərinləşdirməyə xüsusi önəm verir”

Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

“Xalqlarımız arasındakı güclü dostluq əlaqələri ortaq tariximizə əsaslanır. 105 il bundan əvvəl hər iki ölkə demək olar ki, eyni zamanda öz müstəqilliklərini elan etmişdir. O zamandan etibarən bizim mehriban qonşuluq, qardaşlıq münasibətlərimiz davamlı şəkildə güclənərək, dövlətlərimiz arasında möhkəm strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymuşdur. Bu gün Gürcüstan Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığı daha da dərinləşdirməyə və möhkəmləndirməyə xüsusi önəm verir. Zati-aliləri, Sizə dərin hörmətimi bir daha bildirir, fəaliyyətinizdə uğurlar diləyir, dost Azərbaycan xalqına isə sülh, cansağlığı və firavanlıq arzu edirəm”.- deyə Salome Zurabişvilinin ünvanladığı məktubda yazılıb

0
0
Kateqoriya: Gündəm
Sonrakı yazı
Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək
Öncəki yazı
Qardaş qardaşı öldürdü