This is a specific ad

Qardaş qardaşı öldürdü

48

Another advertisement

Acarıstanda 35 yaşlı kişi ov tüfəngindən açdığı atəşlə 30 yaşlı qardaşını öldürüb.

Qafqaztürk xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1988-ci il təvəllüdlü R.L. ailə üzvünə qarşı qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb.

Agentliyin məlumatına görə, həmin şəxs “isti izlər”lə yaxalanıb, cinayətin silahı – tüfəng maddi sübut kimi götürülüb.

Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır. Ailə üzvünə qarşı qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima 109-cu maddəsi ilə araşdırılır

Kateqoriya: Gündəm
Sonrakı yazı
Salome Zurabişvili: Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı daha da dərinləşdirməyə xüsusi önəm verir
Öncəki yazı
Britaniya kəşfiyyatı Baxmutdakı rusiyalı desantların döyüş qabiliyyətini qiymətləndirib