“Xəstələr universal sağlamlıq proqramından çıxmadan doğum klinikalarında VIP xidmətlərdən istifadə edə biləcəklər”.
QafqazTürk Media xəbər verir ki, bu barədə hökumətin iclası başa çatdıqdan sonra səhiyyə naziri Mixeil Sarjveladze bildirib. Nazirin izah etdiyi kimi, sözügedən dəyişiklik tibbin müxtəlif sahələrini əhatə edir.
“Yaxın vaxtlarda həyata keçiriləcək, rəsmi prosedurlar tamamlanacaq. Nazirin normativ aktı ilə məsələlərin sonrakı tənzimlənməsinə gəlincə, iş açılacaq və ilin sonuna kimi, yanvarın 1-nə kimi biz bir neçə istiqamətdə addımlar atmış olacağıq.
O ki qaldı ginekologiyaya təbabətin digər sahələrinə, bizdə müxtəlif sahələrdə belə imkan olacaq, doğum evləri də istisna olmayacaq, analoji imkan olacaq. Burada sektorun özü ilə fəal əməkdaşlıq etmək vacibdir, bu istiqamətdə konkret normativ aktlar qəbul etmək, bu dəyişiklikləri reallaşdırmaq bizim üçün çətin olmayacaq”, – nazir qeyd edib.