This is a specific ad

“Bütün dünyaya, Ukraynaya sülh lazımdır”-Antonio Quterreş

241

Another advertisement

“Bütün dünyaya, Ukraynaya sülh lazımdır”.

QafqazTürk Media xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş BRİKS sammitində çıxışı zamanı bildirib.

“Bizə bütün dünyada, Ukraynada, BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT Baş Assambleyasının qətnamələrinə uyğun ədalətli sülh lazımdır ”, – Antonio Quterreş vurğulayıb.

Eyni zamanda BMT-nin baş katibi qeyd edib ki, Ukrayna ilə yanaşı, dünyanın Qəzza, Livan və Sudanda sülhə ehtiyacı var.

“Bütün münaqişələr BMT Nizamnaməsinin dəyərlərinə, qanunun aliliyi, bütün dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyi prinsiplərinə riayət etməklə həll edilməlidir”, – Antonio Quterreş bildirib.

Xatırladaq ki, BMT baş katibinin Rusiyada keçirilən BRİKS sammitində iştirakı Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən tənqid edilib.

“BMT-nin baş katibi Ukraynanın İsveçrədə keçirilən ilk qlobal sülh sammitinə dəvətini rədd edib  lakin Kazanda hərbi cinayətkar Putinin dəvətini qəbul edib. Bu, sülhün bərqərar olmasına töhfə verməyən yanlış seçimdir, yalnız Birləşmiş Millətlər Təşkilatının reputasiyasına xələl gətirir”, – deyə Ukrayna Xarici İşlər Nazirliyi qeyd edib.

Sonrakı yazı
Səhiyyə Nazirliyi tərəfindən yeni qərar qəbul edilib
Öncəki yazı
25 Oktyabr tarixinə olan məzənnə açıqlandı