This is a specific ad

Rusiyaya nüvə müharibəsi ilə bağlı çağırış

57

Another advertisement

G7 ölkələri Rusiyanı həm sözdə, həm də əməldə nüvə müharibəsinin qalib gələ bilməyəcəyini və başlamamalı olduğunu təsdiq etməyə çağırır.

QafqazTürk.com xəbr verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin qəbul edilmiş birgə bəyanatında deyilir.

“Biz beş nüvə dövlətinin 3 yanvar 2022-ci il tarixli nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması ilə bağlı birgə bəyanatını xatırlayırıq və nüvə müharibəsinin qalib gələ bilməyəcəyini və başlamamalı olduğunu bir daha təsdiqləyirik”, – sənəddə deyilir.

XİN başçıları Rusiyanı bəyanatda qeyd olunan prinsiplərə söz və əməldə bir daha təsdiqləməyə çağırıblar.

G7 xarici işlər nazirləri həmçinin nüvə sahəsində Rusiyanın mülki məhsullarından imtina etmək planlarını təsdiqləyiblər.

Yeddilik Qrupu (G7) ölkələri Pxenyanın ballistik raketlərin buraxılışını pisləyib və KXDR-in tam nüvəsizləşdirilməsinin həyata keçirilməsinə tərəfdar olublar, həmçinin Rusiyaya qarşı sanksiyaları gücləndirmək və Ukraynaya dəstəyi davam etdirmək barədə razılığa gəliblər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün quru sərhədləri AÇILDI
Öncəki yazı
Dünya çempionatına ev sahibliyi edəcək ölkə açıqlandı