Dünya çempionatına ev sahibliyi edəcək ölkə açıqlandı

0

20 yaşadək futbolçular arasında növbəti dünya çempionatı Argentinada keçiriləcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytında məlumat dərc edilib.

Məlumata görə, Argentina Futbol Assosiasiyasının məsələ ilə əlaqədar təqdim etdiyi ərizə təsdiqlənib.

Mayın 20-dən iyunun 11-dək baş tutacaq dünya çempionatının birinci mərhələsində 24 komanda 6 qrupa bölünəcək.

Argentina yığması FIFA Gənclər Çempionatında 6 dəfə qızıl medal qazanıb və bu baxımdan rekordçudur.

Xatırladaq ki, mundialın öncə İndoneziyada keçirilməsi planlaşdırılsa da, siyası səbəblərdən ev sahibliyi bu ölkədən alınıb.

0
0
Kateqoriya: İdman
Sonrakı yazı
Rusiyaya nüvə müharibəsi ilə bağlı çağırış
Öncəki yazı
G7 ölkələri xəbərdarlıq etdilər: “Bunun əvəzini ödəyəcəklər…”