Rusiyanın dörd hava limanı təhlükəsizliyi təmin etmək üçün fəaliyyətini dayandırıb

36

Uçuşların təhlükəsizliyini təmin etmək üçün Rusiyanın dörd hava limanında – Kazan, Nijni Novqorod, Saratov və Tambovda müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bu barədə KİV məlumat yayıb.

Əldə olan məlumata görə, təyyarələrin ekipajları, uçuş dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür.

Bundan əlavə, Teleqram kanallarının məlumatına görə, Çuvaş Respublikasının Çeboksarı şəhərində partlayış səsləri eşidilib.

Sonrakı yazı
Motosiklet piyadanı vurub
Öncəki yazı
ABŞ və Çin arasında ticarət danışıqlarının baş tutacağı tarix və məkan məlumdur